İsrail ordusunun mətbuat xidməti bildirib ki, bu gün Nevatim aviabazasına üç ədəd yeni F-35i Adir qırıcı təyyarəsi endirilib.
Postxronika.az xəbər verir ki, təyyarələr ABŞ-nin Lockheed Martin şirkəti tərəfindən istehsal olunub və İsrail Hərbi Hava Qüvvələrinin müxtəlif eskadrilyalarına təqdim edilib.
Rəsmi açıqlamada vurğulanır ki, “İsrail Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsinə sadiq qalaraq ABŞ ilə təhlükəsizlik tərəfdaşlığına böyük önəm verir”.