İspaniyada iki yüksək sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Postxronika.az xəbər verir ki, bu "ABC" məlumat yayıb.
Qeyd edək ki, baş verən hadisə yanvarın 18-də axşam Adamus yaşayış məntəqəsində baş verib. Belə ki, Malaqadan Madridə gedən, təxminən 300 nəfər daşıyan "Iryo" şirkətinə məxsus qatar relsdən çıxaraq yandakı yola düşüb, həmin yolda isə Madriddən Huelvaya gedən "Renfe" dəmir yolu operatorunun qatarı hərəkət edirmiş.