“20 Yanvar” sadəcə təqvimdə bir rəqəm deyil, əbədiyyət qazananlarla əbədiyyətə yazılan qəhrəmanlıq tarixidir!
Hüzn və qəhrəmanlıq, vətən sevgisinin alışıb-yanan alovunun vəhdətidir o gecə. Birləşən minlərlə əl, tək məqsəd..Bu vətənin bir qarışı da pay deyildir kimsələrə.!
O gecə alışan alov, bu gün də yanmaqdadır və əbədi olaraq yanacaq, qəlbimizdə həm hüzn, həm də bir qəhrəmanlığın yaratdığı fəxarət alovu sönməyəcək! Bizə qoyulan AZADLIQ mirası qanla yazılıbdır! Bu mirası qorumağın ilk yolu elə tarixə xalqa yaşadılan faciə amma buna baxmayaraq göstərilən qəhrəmanlıq və birlik ilə iz qoyan “20 Yanvar” gecəsi və şəhidlərini unutdurmamaqdır! Azadlığlmız əbədi, xalqımız bir, vətənimiz bütövdür və dəyişməz!
Nuray Qurban