MHP-nin sədri Dövlət Baxçalı TBMM-də keçirilən qrup toplantısında çıxışı zamanı YPG-ni terror təşkilatı adlandıraraq, onun kürd xalqını təmsil etməsinin mümkün olmadığını bildirib və regionda baş verən son proseslərin Suriya, Türkiyə və qonşu ölkələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Postxronika.az xəbər verir ki, Baxçalı Şamın təhlükəsizliyinin Ankaranın təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu, Suriya xalqının rifahı və birliyinin Türkiyə xalqının maraqları ilə üst-üstə düşdüyünü qeyd edib.
O, Atlas Çağlayanın qətlə yetirilməsinə də toxunaraq cinayətə qarışmış uşaqlarla bağlı qəti tədbirlərin görülməsinin vacibliyini və gənclərin narkotik alverçilərinin təsirindən qorunmalı olduğunu deyib. Baxçalı bu istiqamətdə cəmiyyət miqyasında ciddi mübarizənin başladılmasının zəruri olduğunu vurğulayıb. MHP lideri, həmçinin Fələstin və Qəzza məsələsində sülh prosesinə Türkiyənin rəhbərlik etməli olduğunu, bu prosesin əsas fiqurunun Prezident Rəcəb Tayyib Ərdoğan ola biləcəyini bildirib.