Suriya ordusu və Ərəb tayfa qüvvələri YPG işğalı altındakı Həsəkə şəhərinin cənub kənarındakı Panorama Qovşağına qədər irəliləyib.
Postxronika.az xəbər verir ki, bu məntəqə cənub kənar yolundan təxminən 2,2 kilometr məsafədə yerləşir və ordu birlikləri ilə tayfa qüvvələrinin Rakka və Deyrizor istiqamətlərindən irəliləyərək bölgəyə çatdığı bildirilib. Suriya ordusunun 16 yanvarda Fərat çayının qərb sahəsində YPG-yə qarşı başlatdığı əməliyyat sonradan tayfaların iştirakı ilə şərqə doğru genişlənmiş və təşkilatın işğalı altındakı ərazilərin böyük hissəsi Suriya hakimiyyətinin nəzarətinə keçmişdi.
Şam hakimiyyəti ilə YPG arasında əldə olunan atəşkəs və Tam İnteqrasiya Müqaviləsi təşkilatın Rakka və Deyrizor ərazilərindən çıxmasını, Həsəkədəki dövlət qurumlarının hakimiyyətə verilməsini, bütün sərhəd keçidlərinin və enerji mənbələrinin mərkəzi orqanın nəzarətində olmasını və YPG üzvlərinin fərdi qaydada təhlükəsizlik qüvvələrinə inteqrasiyasını nəzərdə tutur.