Prezident Rəcəb Tayyib Ərdoğan “Roman Vətəndaşlara Yönəlmiş Strategiya Sənədi (2023-2030) və II Fəza Fəaliyyət Planı (2026-2030)” ilə bağlı ümumi göstəriş yayımlayıb.

Postxronika.az xəbər verir ki, Ərdoğan ümumi göstərişdə Roman vətəndaşların təhsil, səhiyyə, məşğulluq, mənzil, sosial xidmət və yardım proqramlarından daha səmərəli faydalanmasını təmin etmək məqsədilə həyata keçirilən siyasətləri xatırladıb. Prezident qeyd edib ki, I Fəza Fəaliyyət Planı uğurla başa çatdırılıb və Roman vətəndaşlara yönəlmiş tədbirlərin davamlılığını təmin etmək üçün II Fəza Fəaliyyət Planına başlanılıb. 

Yeni plan Ailə və Sosial Xidmətlər Nazirliyinin rəsmi saytında yayımlanacaq. Ərdoğan mərkəzi və yerli qurumların əməkdaşlıq və koordinasiya şəraitində üzərinə düşən vəzifələri yerinə yetirməsini vacib hesab edib. O həmçinin bütün nazirliklər və aidiyyəti qurumlara planın icrasında lazımi dəstək göstərmələrini tövsiyə edib.