"Barselona" 2026-cı ilin yay transfer pəncərəsində "Atletiko"nun hücumçusu Xulian Alvaresi heyətinə qatmağı planlaşdırır.

Postxronika.az xəbər verir ki, Sport.es-in məlumatına görə, Kataloniya təmsilçisi argentinalı ulduz üçün bütün imkanlarını səfərbər etməyə hazırdır. Lakin bu keçidin reallaşması klubun La Liqanın "Maliyyə Feyr-Pley" qaydalarına əməl etməsindən asılı olacaq. "Blauqrana" oyun tərzi ilə sabiq qolçusu Luis Suaresi xatırladan Alvares üçün təxminən 82 milyon avro ödəmək niyyətindədir. Bu mövsüm Madrid klubunda 27 oyuna çıxan forvard 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.