"Real"ın baş məşqçisi Alvaro Arbeloa klub prezidenti Florentino Peresi müdafiə edərək ona yönələn tənqidlərə sərt reaksiya verib.

Postxronika.az xəbər verir ki, "AS" nəşrinə açıqlama verən mütəxəssis kluba qarşı planlı qaralama kampaniyalarının aparıldığını iddia edib. O, azarkeşlərin fikirlərinə hörmət bəslədiyini, lakin rəhbərliyə edilən hücumların əslində komandanı zəiflətmək məqsədi daşıdığını vurğulayıb. Arbeloa bu "oyunların" arxasında kimlərin dayandığını bildiyini və kimsənin onu aldada bilməyəcəyini qeyd edib.