"Real" ulduz futbolçusu Vinisius Junior üçün gələn fantastik transfer təklifini geri çevirib.

Postxronika.az xəbər verir ki, "Indykaila News"un yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı klublarından biri braziliyalı vinger üçün 200 milyon funt-sterlinq (təxminən 230 milyon avro) ödəməyə hazır olub. Lakin "Kral klubu" qarşı tərəfə 25 yaşlı oyunçunun cari qış transfer pəncərəsində satılmayacağını qəti şəkildə bildirib. 2018-ci ildən komandada olan və müqaviləsi 2027-ci ildə bitəcək "sambaçı" bu mövsüm 29 oyunda 6 qol, 8 assistlə yadda qalıb. "Transfermarkt" isə hazırda bu ulduzun bazar dəyərini 150 milyon avro olaraq qiymətləndirir.