"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp yaxın vaxtlarda texniki zonaya qayıtmaq niyyətində olmadığını açıqlayıb.

Postxronika.az xəbər verir ki, "The Athletic"ə danışan almaniyalı mütəxəssis hazırda "Red Bull"un qlobal futbol rəhbəri kimi fəaliyyətindən son dərəcə məmnundur. O, ömrünün sonuna qədər məşqçilik etmək məcburiyyətində olmadığını və yeni sahədə özünü sınamaqdan zövq aldığını bildirib. Klopp bu müddətdə çoxsaylı işgüzar görüşlər sayəsində bir il ərzində beş illik təcrübə topladığını vurğulayıb. Hazırkı mövqeyində tam rahat olduğunu deyən funksioner başqa yerdə işləmək barədə düşünmədiyini əlavə edib.