"İnter" klubu hazırda heyətində icarə əsasında çıxış edən "Mançester Siti"nin müdafiəçisi Manuel Akanjini tamhüquqlu transfer etməyə hazırlaşır.

Postxronika.az xəbər verir ki, nüfuzlu jurnalist Fabrisio Romanonun məlumatına görə, "neradzurri" rəhbərliyi isveçrəli futbolçu üçün 15 milyon avro ödəmək qərarına gəlib. 2025-ci ilin sentyabrından İtaliya klubunda çıxış edən təcrübəli oyunçunun icarə müqaviləsi gələn yay başa çatacaq. O, indiyədək Milan təmsilçisinin heyətində bütün turnirlərdə 25 oyunda meydana çıxsa da, qol vura bilməyib. Klub rəhbərliyi müdafiəçinin performansından razı qaldığı üçün onu birdəfəlik heyətə qatmaqda israrlıdır.