Londonun "Arsenal" klubu hücumçusu Qabriel Jesusla yollarını ayırmağa hazırlaşır və Braziliyanın "Palmeiras" komandası futbolçu ilə ciddi maraqlanır.

Postxronika.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, "sambaçı" mövsümün sonuna qədər İngiltərədə qalaraq özünü sübut etmək niyyətindədir. 2025-ci ilin əvvəlində ağır zədə alan forvard bu yaxınlarda "Aston Villa" ilə matçda fərqlənərək həmyerlisi Kakanın məşhur jestini təkrarlayıb. O, qoldan sonra formasını çıxararaq üzərində "Mən İsaya məxsusam" yazılmış köynəyi nümayiş etdirib. Cari mövsümdə doqquz oyunda iştirak edən Jesus bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" tərəfindən 20 milyon avro dəyərində qiymətləndirilən oyunçunun gələcəyi hələlik qeyri-müəyyəndir.