Bu gün Afinada Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinlərinin rəhbərliyi ilə iki ölkə arasında Siyasi Dialoq görüşlərinin beşinci toplantısı baş tutub.
Postxronika.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri, Ankara görüşündən bəri baş verən proseslər və Türkiyədə keçiriləcək Altıncı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasına hazırlıq məsələləri müzakirə olunub.