Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, iki ölkə arasında aydın razılaşmalar və prinsiplər qəbul edilib.

Postxronika.az xəbər verir ki, onun sözlərinə görə, bu, hər iki tərəfin ərazi bütövlüyünə, suverenliyinə və yurisdiksiyasına hörmət etməsi deməkdir və bu prinsiplər əsasında sərhədlər açılacaq.

Paşinyan vurğulayıb ki, gələcək illərdə Ermənistan və Azərbaycan vətəndaşları sərhədi keçə, ticarət edə və mövcud üstünlüklərdən yararlana biləcəklər.