Ermənistan və Azərbaycan arasında sülh prosesi beynəlxalq siyasətdə unikal haldır.
Postxronika.az Report-a istinadla xəbər verir ki, Davosa ezam olunan əməkdaşın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda paneldə deyib.
"Bu, yəqin ki, tərəflərin otuz il davam edən müharibədən sonra əsl sülhə nail ola bildiyi unikal hallardan biridir", - deyə prezident bildirib.