ABŞ-nin maliyyə naziri Skot Bessent Davosda keçirilən Dünya İqtisadi Forumunda Vaşinqtonun Qrenlandiyanı satın almaq ideyası ətrafında yaranan gərginliyə münasibət bildirib. 

Postxronika.az xəbər verir ki, nazir bu məsələ ilə bağlı qlobal mediada və siyasi dairələrdə yaranan kəskin reaksiyanı "lazımsız isteriya" adlandırıb. Bessent qeyd edib ki, prezident Donald Trampın bu təşəbbüsü geosiyasi və iqtisadi baxımdan tamamilə məntiqlidir və regionun strateji əhəmiyyətinə əsaslanır. O, tənqidçiləri məsələyə emosional deyil, praqmatik yanaşmağa çağıraraq, bunun ABŞ və Qərb dünyası üçün enerji və resurs təhlükəsizliyi baxımından vacib addım ola biləcəyini vurğulayıb. Nazir həmçinin əlavə edib ki, bu mövzu Danimarka ilə müttəfiqlik münasibətlərinə xələl gətirməməli, əksinə iqtisadi əməkdaşlıq müstəvisində müzakirə edilməlidir.