Bakı şəhəri, Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektinin yaxınlığında yerləşən obyektlərin birində yanğın hadisəsi baş verib.
Postxronika.az xəbər verir ki, hadisə səbəbindən ərazidə nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb. Hazırda metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları istiqamətində nəqliyyat sıxlığı müşahidə olunur.
Aidiyyəti qurumlar tərəfindən verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən yolda yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir.