Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən obyektlərin birində yanğın hadisəsi baş verib. Hadisə ilə əlaqədar polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Postxronika.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bildirir ki, hazırda hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.