"Arsenal" Çempionlar Liqasının 2025/26 mövsümünün VII turunda "İnter"i 3:1 hesabı ilə məğlub edərək klub tarixində yeni nailiyyətə imza atıb.
Postxronika.az xəbər verir ki, "Squawka"nın məlumatına görə, "topçular" Avropanın ən nüfuzlu turnirində ilk dəfə ardıcıl yeddi qələbə qazanaraq ümumi top fərqini 20-2-yə çatdırıblar. Milan təmsilçisindən öncə "Bavariya", "Atletiko Madrid" və "Slaviya" kimi rəqibləri xalsız qoyan London klubu hazırda 21 xalla turnir cədvəlinə şəriksiz liderlik edir. "Neradzurrilər" isə bu məğlubiyyətdən sonra aktivlərindəki 12 xalla doqquzuncu pillədə qərarlaşıblar.