"İnter Mayami"nin sahibi Devid Bekhem böyük oğlu Bruklinin sosial mediada ailə daxili gərginliklə bağlı səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirib.

Postxronika.az xəbər verir ki,  "Mançester Yunayted" və "Real"ın sabiq ulduzu CNBC-yə açıqlamasında övlad böyütdüyünü və onların inkişafı üçün səhv etmələrinə imkan yaradılmasının vacibliyini vurğulayıb. Valideynləri ilə barışmaqdan imtina edən 26 yaşlı Bruklin isə atasının 50 illik yubileyi ərəfəsində görüş üçün həyat yoldaşı Nikola Peltzin kənarda qalmasını şərt qoymasına etiraz edib. O, valideynlərini sosial şəbəkələrdə bloklayaraq, bundan sonra ünsiyyətin yalnız vəkillər vasitəsilə qurulacağını bəyan edib.