"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen mövsümün sonuna qədər icarə əsasında "Jirona"ya keçib.
Postxronika.az xəbər verir ki, 12 ildir Kataloniya təmsilçisinin şərəfini qoruyan almaniyalı qolkiper sosial şəbəkə hesabında komanda yoldaşları ilə vidalaşaraq emosional paylaşım edib. O, "blauqrana"nı evi kimi gördüyünü, kapitan sarğısını daşımaqdan qürur duyduğunu və bu müddət ərzində unudulmaz anlar yaşadığını vurğulayıb. Səyahətinin Kataloniyada davam edəcəyini bildirən 33 yaşlı oyunçu doğma klubuna titul qazanmaq yolunda uğurlar arzulayıb. Qeyd edək ki, bu mövsüm cəmi bir Kubok matçında meydana çıxan təcrübəli əlcək sahibinin "Barsa" ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.