"Los Anceles Leykers"in ulduz basketbolçusu Luka Donçiç NBA-in 2025/2026 mövsümündə "Denver Naqqets"lə qarşılaşmada komandasına vacib qələbə qazandırıb.
Postxronika.az xəbər verir ki, "Real App" portalının məlumatına görə, 115:107 hesabı ilə bitən görüşdə 38 xal, 13 ribaund və 10 məhsuldar ötürmə ilə "tripl-dabl" edən sloveniyalı oyunçu tarixi uğura imza atıb. Belə ki, 26 yaşlı idmançı karyerasında 14.000 xal həddini keçən ən gənc oyun qurucusu kimi adını liqa tarixinə yazdırıb. Ümumilikdə 484 matçda bu göstəriciyə çatan Donçiç son oyunda 36 dəqiqə mübarizə apararaq yüksək dəqiqlik nümayiş etdirib.