ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşnerin sabah Rusiyaya səfər edəcəyi və həmin gün Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Postxronika.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Putinin Vitkoff və Kuşnerlə görüşəcəyini təsdiqləyib. Görüşün əsas mövzusunun Ukrayna münaqişəsi ətrafında aparılan danışıqlar olacağı bildirilir.
Stiv Vitkoff CNBC-yə verdiyi açıqlamada son həftələrdə Ukrayna böhranının həlli istiqamətində “böyük irəliləyiş” əldə olunduğunu deyib. Bununla belə, o, ərazi məsələlərinin hələ də əsas problem olaraq qaldığını etiraf edib.
Görüş Vaşinqton və Moskva arasında diplomatik təmasların intensivləşdiyi bir dövrdə baş tutur və münaqişənin gələcək taleyi baxımından əhəmiyyətli hesab olunur.