ABŞ rəsmiləri Suriyada kürd qüvvələrinin roluna və mövcud siyasi reallıqlara dair yeni yanaşmanı açıqlayıb. Bildirilib ki, ABŞ Suriyaya ilkin olaraq İŞİD-lə mübarizə məqsədilə daxil olub və həmin dövrdə kürdlər bu mübarizədə mühüm rol oynayıblar. Kürd qüvvələrinin təkbaşına mübarizə aparmaq imkanlarının məhdud olması səbəbindən ABŞ əsas dəstəkçi kimi çıxış edib.
Postxronika.az xəbər verir ki, həmin dövrdə Dəməşqdə azlıqlara qarşı sərconfirm edilmiş, beynəlxalq aləmdən təcrid olunmuş Əsəd rejiminin mövcud olması açıqlamada qeyd olunub. Bu səbəbdən kürd və ərəb qüvvələrinin vahid struktur altında qorunmasına ehtiyac yaranmışdı.
Hazırkı mərhələdə isə Suriyada yeni siyasi imkanların formalaşdığı vurğulanır. Əhməd Əl Şaraanın liderliyi ilə ABŞ və İsraillə əməkdaşlığa açıq, azlıqlara hörmət edən və İŞİD-lə mübarizəni davam etdirməyə hazır bir rəhbərliyin ortaya çıxdığı bildirilir. ABŞ tərəfi bunu kürdlər üçün hüquqlarının təmin olunması baxımından tarixi fürsət kimi dəyərləndirir.
Bəyanata əsasən, kürd qüvvələrinin artıq ABŞ dəstəyinə əvvəlki qədər ehtiyacı yoxdur və onlar üçün əsas prioritet Şamda formalaşan hökumətlə anlaşma olmalıdır. İŞİD-lə mübarizənin isə bundan sonra birbaşa Suriya dövləti tərəfindən həyata keçiriləcəyi qeyd olunur.
Türkanə Muradlı