NATO-nun Baş katibi Mark Rutte Qrenlandiya və Arktika ilə bağlı açıqlamasında bildirib ki, dəniz yollarının açılması regionun strateji əhəmiyyətini artırıb. Onun sözlərinə görə, Çin və Rusiya Arktikada getdikcə daha fəal mövqe tutur və bu, NATO üçün ciddi çağırışdır.

Postxronika.az xəbər verir ki, Rutte Arktikanın Rusiya və Çin təsirindən qorunması vacib olduğunu və bu istiqamətdə pərdəarxası işlərin aparıldığını qeyd edib. Bununla belə, o vurğulayıb ki, bu prosesləri ictimaiyyət qarşısında açıqlamaq mümkün deyil.

NATO Baş katibi əlavə edib ki, hazırda alyansın bir nömrəli prioriteti Ukraynadır. Qrenlandiya da daxil olmaqla digər məsələlərin müzakirəsi isə məhz Ukrayna məsələsindən sonra gündəmə gəlməlidir, çünki bu mövzu NATO-nun təhlükəsizliyi üçün əsas əhəmiyyət daşıyır.