“Global Fire Power” saytı 2025-ci il üzrə dünyanın ən güclü ordularının siyahısını açıqlayıb. Siyahıya ümumilikdə 145 ölkə daxil edilib.
Postxronika.az xəbər verir ki , reytinqə görə, Azərbaycan Qafqazda lider olaraq 60-cı pillədə qərarlaşıb. Qonşu ölkələrdən Ermənistan 91-ci, Gürcüstan isə 94-cü yeri tutub.
Dünyada isə ən güclü ordulara sahib ilk üç ölkə ABŞ, Rusiya və Çin olaraq göstərilib. Hindistan dördüncü, Türkiyə doqquzuncu pillədə qərarlaşıb. İsrail və İran müvafiq olaraq 15-ci və 16-cı yerləri tutublar.