‘’Qarabağ’’ UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində doğma meydanda ‘’Ayntraxt’’ı qəbul edib.
Görüş ‘’Qarabağ’’ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
‘’Köhlən atlar’’ 4-cü dəqiqədə Kamilo Duranın qolu ilə matça erkən qolla başlayıb.
Qonaqlar 11-ci dəqiqədə Can Uzunun fərqlənməsi ilə hesabı bərabərləşdirib.
78-ci dəqiqədə Fares Çaibi penaltidən fərqlənərək ‘’Ayntraxt’’ ı önə keçirib.
‘’Qarabağ’’ bu qola 80-ci dəqiqədə Kamilo Duranın qolu ilə cavab verərək hesabı bərabərləşdirib.
Ağdam təmsilçisi sonuncu uzatma dəqiqəsində Bəhlul Mustafazadənin qolu ilə hesabı 3:2 edərək meydandan qələbə ilə ayrılıb.
Qeyd edək ki, aktivinə 3 xal yazdıran ‘’Qarabağ’’ turnir cədvəlində 10 xalla 17-ci pillədədir.
Ayaz Zeynalzadə