Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində "Qalatasaray" və "Atletiko" klubları üz-üzə gəldi.
Oyun 1-1 hesablı heç-heçə ilə yekunlaşdı.
Qonaq komanda 4-cü dəqiqədə Juliyan Simyonenin qolu ilə hesabı açdı. 20-ci dəqiqədə İstanbul təmsilçisinin hücumu zamanı Markus Lorante topu öz qapısından keçirərək hesabı bərabərləşdirdi. Bu qol ilə matçın yekun hesabı müəyyən edildi.
Qeyd edək ki, turnir cədvəlində "Hindular" 13 xalla 8-ci, "Aslanlar" isə 10 xal ilə 16-cı yerdə qərarlaşıb.
Hüseyn Rəşadoğlu