NATO-nun Baş katibi Mark Rutte İsveçrənin Davos qəsəbəsində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampla bir araya gəlib. 


Postxronika.az xəbər verir ki, görüşdən sonra mətbuata açıqlama verən Baş katib ABŞ-nin hər hansı təcavüzlə qarşılaşacağı təqdirdə tərəfdaş ölkələrin mütləq şəkildə onun yanında olacağını bəyan edib.

Mark Rutte Avropanın müdafiə xərcləri ilə bağlı mövcud narahatlıqların Haaqa Sammitində artıq həll olunduğunu diqqətə çatdırıb. O, hərbi alyans üzvlərinin keçmişdə Əfqanıstanda olduğu kimi, gələcəkdə də Vaşinqtonun müdafiəsi üçün hər cür fədakarlığa hazır olduğunu vurğulayıb. 


Rutte amerikalı liderin Avropa ölkələrinin sadiqliyi ilə bağlı şübhələrini bölüşməyərək, müttəfiqlərin hər zaman ABŞ-nin yanında yer alacağını qətiyyətlə bildirib.