Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-nin iqtisadi blokadası ilə üzləşən Kubaya yanacaq dəstəyini sürdürəcəklərini bəyan edib.
Postxronika.az xəbər verir ki, dövlət başçısı Venesueladan enerji idxalı kəsilən Havana rəhbərliyinə həm neft, həm də humanitar yardım sahəsində kömək etməyə hər zaman hazır olduqlarını bildirib.
Şeynbaum bu addımın qardaşlıq prinsiplərinə söykəndiyini və çətin şəraitdə yaşayan ada xalqı ilə həmrəylik məqsədi daşıdığını vurğulayıb.
Meksika liderinin sözlərinə görə, göndərilən həcm ölkənin ümumi hasilatının cüzi bir hissəsini təşkil etdiyi üçün bu proses yerli əhalinin maraqlarına xələl gətirmir.
Artıq Meksikadan yola düşən və təxminən 86 min barel yanacaq daşıyan tanker Kubanın paytaxtındakı limana daxil olub.