ABŞ-nin nin  xüsusi nümayəndəsi Kit Kəllog Davosda bildirib ki, əgər Ukrayna qışı uğurla keçirsə, müharibə artıq yay aylarında – 24 avqusta qədər başa çata bilər.

Postxronika.az xəbər verir ki, Kelloq qeyd edib ki, qarşıdakı aylar müharibənin taleyi üçün kritik əhəmiyyət daşıyır. O bildirib ki, Rusiya strateji məqsədlərinə çatmayıb: əsas şəhərləri ələ keçirməyib və böyük itkilər verib.

Eyni zamanda, Kəllog vurğulayıb ki, Putin müharibədən çıxış yolunu axtarır, lakin məğlubiyyətini açıq şəkildə qəbul etməyə hazır deyil.

Keçmiş diplomat həmçinin qeyd edib ki, sülh danışıqları artıq yekun mərhələyə yaxın ola bilər.