ABŞ, Danimarka və NATO ABŞ-nin Qrenlandiyaya hərbi girişini genişləndirmək üçün ilkin razılaşma çərçivəsini müzakirə edir. Plan çərçivəsində ABŞ-nin bəzi ərazilərdə bazalar tikməsi və istismar etməsi üçün xüsusi suverenlik hüququ əldə etməsi nəzərdə tutulur.
Postxronika.az xəbər verir ki, ekspertlər bu ideyanı Böyük Britaniyanın Kiprdəki suveren bazaları ilə müqayisə edirlər. ABŞ Qrenlandiyada baş qərargah üzərində nəzarəti ələ alacaq, bir neçə hərbi baza inşa edəcək və bu bazalara tam suverenlik hüququna malik olacaq. Eyni zamanda, ABŞ adanın təhlükəsizliyində veto hüququ qazanacaq və hərbçilərinin, gəmilərinin adada fəaliyyəti artırılacaq.