Danimarkanın xarici işlər naziri Rasmussen ABŞ-nin Qrenlandiyanın sahibi olmayacağını bildirib və bunu ölkəsinin “qırmızı xətti” adlandırıb

Postxronika.az xəbər verir ki, nazir bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın NATO-nun baş katibi Mark Rutte ilə Qrenlandiya mövzusunda “anlaşma çərçivəsi” formalaşdırdıqlarını deməsindən sonra Danimarka Yayım Qurumuna (DR) verdiyi müsahibədə səsləndirib.

Rasmussen Rutte ilə qısa görüş keçirdiyini, görüşdə Arktikadakı təhlükəsizlik vəziyyətinin, o cümlədən Danimarkanı birbaşa maraqlandıran məsələlərin müzakirə olunduğunu deyib. O, Qrenlandiya ilə bağlı mümkün gələcək razılaşmanın detalları barədə ictimai şərh verməkdən yayınaraq bunun televiziya vasitəsilə dəyərləndirilməsinin doğru olmadığını qeyd edib.

ABŞ Prezidenti Tramp isə Davosda keçirilən 56-cı Dünya İqtisadi Forumunda Rutte ilə görüşdən sonra Qrenlandiya və Arktik bölgə ilə bağlı gələcək saziş üçün çərçivə formalaşdırıldığını açıqlayıb.

Tramp eyni zamanda bu məsələ fonunda Avropa ölkələrinə qarşı fevralın 1-dən tətbiqi planlaşdırılan gömrük rüsumlarını dayandırdığını bəyan edib.