ABŞ-nin Wall Street Journal qəzetinə danışan rəsmi mənbələr Donald Tramp idarəsinin 2026-cı ilin sonuna qədər Küba rəhbərliyində dəyişiklik üçün zəmin yaradacaq bir anlaşma üçün ölkə daxilindəki şəxslərlə əlaqə qurmağa çalışdığını iddia edib
Postxronika.az xəbər verir ki, Rəsmi şəxslər ABŞ-nin Küba iqtisadiyyatını “çöküşün kənarında” olduğunu qiymətləndirdiyini və Venesuela Prezidenti Nikolas Maduronun dəstəyinin kəsilməsinin Havana hakimiyyətini daha həssas vəziyyətə saldığını bildiriblər. Mənbələr hələlik Kuba hökumətini devirməyə yönəlmiş konkret planın olmadığını vurğulayıb və əvvəlki hadisələrin bu konteksdə həm nümunə, həm də xəbərdarlıq funksiyası daşıdığını qeyd ediblər.
Bildirilir ki, Tramp administrasiyası Miamidə və Vaşinqtonda sürgün Kubalılar və qeyri-hökumət təşkilatları ilə görüşərək hakimiyyət daxilində kompromisə açıq potensial şəxsləri müəyyən etməyə çalışır.
Həmçinin Vaşinqtonun Kubanın enerji təminatını təmin edən neft təchizatını məhdudlaşdıraraq hakimiyyəti zəiflətməyi planlaşdırdığı iddia edilib.
Tramp ABŞ Prezidenti kimi 11 yanvar tarixində etdiyi paylaşımda Venesueladan Kubaya neft və pul göndərilməyəcəyini və Havana rəhbərliyinə çox gec olmadan anlaşma etmələri çağırışını səsləndirib.