Atəşkəsə baxmayaraq İsrail ordusu Qəzza zolağının müxtəlif ərazilərini hava hücumları və artilleriya atəşi ilə hədəfə alıb

Postxronika.az xəbər verir ki, şahidlərin bildirdiyinə görə, zərbələr Qəzza şəhəri, Bureyc qaçqın düşərgəsi və Xan Yunusun bir sıra nöqtələrində qeydə alınıb. Məlumata əsasən, Xan Yunusun şərqinə həm hava, həm də top atəşləri endirilib, hərbi texnikalardan mülki şəxslərə təsadüfi atəş açılıb. 

Bureyc düşərgəsinin şərq əraziləri də bombardmana məruz qalıb. Qəzza şəhərinin şərqində yerləşən Zeytun və Şucaiyyə məhəllələrində ardıcıl partlayış səslərinin eşidildiyi bildirilib. Hücumlar nəticəsində ölən və ya yaralananlarla bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.