Yaponiya dünyanın ən böyük istehsal gücünə malik Kaşivazaki-Kariva Nüvə Elektrik Stansiyasında reaktor fəaliyyətə başladıqdan bir gün sonra texniki səbəblər üzündən dayandırılıb
Postxronika.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Tokyo Electric Power (TEPCO) tərəfindən idarə olunan stansiyada 6 nömrəli reaktor ilkin yoxlamalardan sonra işə salınıb, lakin kontrol çubuqlarını idarə edən cihazın elektrik komponentlərində problem yaranıb.
Problemin nəticəsində reaktor arıza səbəbindən yenidən dayandırılıb və məsələnin səbəbi araşdırılır. Niigata valiliyi isə nüvə kompleksinin ətrafında anormal radioaktivlik səviyyəsinin qeydə alınmadığını açıqlayıb.
2011-ci ildə Tohoku bölgəsində baş vermiş zəlzələ və Fukuşima Dai-İçi faciəsindən sonra stansiyanın bütün reaktorları 2012-ci ildə fəaliyyətini dayandırmışdı. 6 nömrəli reaktorun yenidən işə salınması Fukuşima fəlakətindən bəri Yaponiya üzrə 33 nüvə reaktorundan 15-nin fəaliyyətə qayıtması deməkdir.