Tam (11 illik) orta təhsil üzrə buraxılış imtahanı iki zonada 9 və 15 mart tarixlərində keçiriləcək

Postxronika.az xəbər verir ki, Abşeron, Sumqayıt və Gəncə şəhərlərindəki məktəblərin şagirdləri imtahan günü hərəkət sıxlığını azaltmaq məqsədilə iki günə bölünüb və cədvəldə I və II hissə kimi göstərilib. İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in rəsmi saytında yerləşdiriləcək.

Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonun imtahan gününə uyğun tarixdə imtahan verəcəklər. Sumqayıt və Abşerondakı peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər. Keçmiş məcburi köçkün rayonlarının məktəblərində oxuyan şagirdlər də təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonun imtahan gününə uyğun iştirak edəcəklər.