Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin müsadirə etdiyi neft tankerindəki ekipaj üzvlərindən iki Rusiya vətəndaşının hələ də azad edilməməsindən narazılıq ifadə edib

Postxronika.az xəbər verir ki, Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə bu məsələdə yaranmış gecikmənin təəccüb və məyusluq doğurduğunu bildirib və yaxın vaxtlarda həmin şəxslərin evlərinə qayıdacağına ümid etdiklərini deyib. O həmçinin İranda vəziyyətin tədricən sabitləşdiyini, rəsmi Tehranın atdığı addımların və əhalinin konstitusiya quruluşuna dəstəyinin gərginliyi azaltdığını vurğulayıb.

Zaxarova Rusiyanın regionda eskalasiyanın qarşısının alınmasının tərəfdarı olduğunu və tərəfləri tələskən addımlardan çəkinməyə çağırdığını qeyd edib. Bununla yanaşı, o, ABŞ-nin Yeni START sazişi ilə bağlı Rusiyanın təklifinə hələ cavab vermədiyini və Moskvanın bütün mümkün ssenarilərə hazır olduğunu bildirib.