Danimarka Baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiya ilə bağlı müzakirə təklifini şərh edib.

Postxronika.az xəbər verir ki, Frederiksen siyasət, investisiya, təhlükəsizlik və iqtisadiyyat kimi sahələrdə danışıqların aparıla biləcəyini, lakin ölkənin suverenliyi mövzusunda heç bir güzəştə getməyəcəklərini vurğulayıb. O, Arktikdə təhlükəsizliyin NATO-nun maraq dairəsinə daxil olduğunu qeyd edərək, Danimarkanın alyans üzvləri ilə konstruktiv dialoqa hazır olduğunu əlavə edib. 


Frederiksen ABŞ-nin “Altın Kubbe” müdafiə sisteminin də bu çərçivəyə daxil olduğunu və yalnız ərazi bütövlüyünə hörmət göstərildiyi halda razılığın mümkün olacağını deyib. Danimarka Müdafiə naziri Troels Lund Poulsen də Krallığın bəzi əraziləri üzərində suverenlik hüquqlarını heç vaxt təhvil verməyəcəklərini bildirib. ABŞ Prezidenti Donald Trump isə Davos görüşləri zamanı Grönland və Arktik bölgəsi ilə bağlı gələcək razılaşma çərçivəsinin yaradıldığını açıqlayıb.