Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat keçirib.

Postxronika.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı narkotiklərin satışını təşkil edən 32 yaşlı Anar Əhmədov və 25 yaşlı Əli Seyidzadə saxlanılıblar.

Saxlanılan şəxslərdən ümumilikdə 46 kiloqram çəkidə, tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

Hüseyn Rəşadoğlu