Göyçay rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Postxronika.az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov şübhəli şəxs qismində saxlanılıb.
Baxış zamanı ondan külli miqdarda müxtəlif növ narkotik vasitələr və silah aşkarlanıb:
2 kiloqram marixuana;
2 kiloqram 435 qram tiryək;
1 kiloqramdan artıq həşiş;
400 qrama yaxın heroin və metamfetamin;
80 ədəd psixotrop tərkibli həb;
Qanunsuz olaraq gəzdirdiyi tapança (odlu silah).
Araşdırmalarla İ.Vəzirovun həmin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Hüseyn Rəşadoğlu