Abşeron rayonunda avtomobildən oğurluq edərək vətəndaşın pul vəsaitini talayan şəxs məsuliyyətə cəlb edilib.

Postxronika.az xəbər verir ki, Xırdalan şəhər sakini polisə müraciət edərək “Hyundai” markalı avtomobilindən bank kartının oğurlandığını, daha sonra hesabından pul vəsaitinin çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Mirzəyev saxlanılıb.

Bundan başqa, paytaxtın Binəqədi və Qaradağ rayonlarında da oğurluq faktları qeydə alınıb. Məişət əşyaları, inşaat materialları, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən A.İsmayılov və M.Əzizov da polis əməkdaşları tərəfindən yaxalanıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Hüseyn Rəşadoğlu