Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında 2022-ci ildən bəri ilk dəfə genişmiqyaslı üçtərəfli təhlükəsizlik müzakirələri başlayıb.
Postxronika.az xəbər verir ki, Kremlin köməkçisi Yuri Uşakov rəsmi Moskva və Kiyevin bu formatda ilk dəfə bir araya gəldiyini təsdiqləyib. Görüşdən öncə ABŞ nümayəndələrinin Vladimir Putinlə apardığı məxfi danışıqlar tərəflərin bir çox məsələdə ortaq məxrəcə gəldiyinə işarə edir. Hazırda əsas fikir ayrılığı işğal olunmuş ərazilərin statusu və Ukraynanın şərq torpaqları ilə bağlıdır. Rəsmi Kiyev enerji infrastrukturuna edilən hücumlar fonunda gərginliyi azaltmağa çalışsa da, Kreml döyüş meydanında strateji üstünlüyü saxladığını bəyan edərək iddialarından geri çəkilmir. ABŞ tərəfi isə tərəfləri qısa müddətdə yekun sülh sazişi imzalamağa çağırır.