DİN yanvarın 22-də cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri həyata keçirib.
Postxronika.az DİN-in Mətbuat Xidmətindən verilən məlumata əsasən xəbər verir ki, gün ərzində qeydə alınan 62 hadisə ilə yanaşı, əvvəlki dövrlərdən bağlı qalan daha 5 cinayətin açılması təmin edilib.
Axtarışda olan cəmi 154 şəxs, o cümlədən mülki-hüquqi öhdəliklərinə görə aranan 125 borclu vətəndaş saxlanılaraq müvafiq orqanlara təhvil verilib. Narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə çərçivəsində 29, qanunsuz silahların aşkarlanması üzrə isə 21 fakt qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin məlumatına əsasən, müxtəlif qanunsuzluqlar törətməkdə şübhəli bilinən 51 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Hüseyn Rəşadoğlu