"YouTube" CEO-su Nil Mohan 21 yanvar 2026-cı il tarixli illik məktubunda platformada süni intellektə əsaslanan yeni funksiyaların tətbiq ediləcəyini açıqlayıb

Postxronika.az xəbər verir ki, bu yeniliklər çərçivəsində kontent yaradıcıları öz üz və səslərindən istifadə etməklə süni intellekt əsaslı “rəqəmsal əkizlər” formalaşdıra biləcəklər. Yeni imkanlar sayəsində müəlliflər kamera qarşısına keçmədən AI versiyaları ilə "YouTube" Shorts videoları hazırlaya biləcəklər. 

Şirkət rəhbəri bu texnologiyanın insan yaradıcılığını əvəz etmədiyini, əksinə istehsal prosesini sürətləndirən ifadə vasitəsi olduğunu vurğulayıb. Eyni zamanda "YouTube" aşağı keyfiyyətli, tam sintetik “süni tullantı” məzmunlara qarşı nəzarət mexanizmlərini gücləndirir. Platforma təhlükəsizlik məqsədilə süni intellektlə yaradılmış realistik videoların xüsusi etiketlə işarələnməsini və icazəsiz üz-səs istifadəsinin avtomatik aşkarlanmasını təmin edəcək.