ABŞ Prezidenti Donald Tramp, “Sülh Şurası” təşəbbüsü çərçivəsində Kanadaya göndərdiyi dəvəti geri çəkib.
Postxronika.az xəbər verir ki, bu qərar Kanada Baş naziri Mark Carney ilə yaşanan gərginlikdən sonra verilib. Davosdakı Dünya İqtisadi Forumu zamanı Carney ABŞ-nin aqressiv siyasətini və mövcud dünya düzənindəki “çatışmaları” tənqid etmişdi. Tramp buna sosial mediada sərt cavab verərək Kanada dəvətini ləğv etdiyini açıqlayıb. Carney isə Kanada-nın ABŞ-dən asılı olmadığını, öz gücü ilə inkişaf etdiyini vurğulayıb. Kanada tərəfi əvvəldən bu təşəbbüsün BMT-nin yerini alıb-almayacağı və maliyyələşmə məsələlərinə görə ehtiyatlı mövqe saxlayırdı.