İran Xarici İşlər naziri Abbas Erakçi, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədəki etirazlarla bağlı açıqlamalarına sərt cavab verib.

Postxronika.az xəbər verir ki, Erakçi ABŞ mərkəzli X platformasında paylaşım edərək, İranlıların özlərini müdafiə etməyi bildiyini və xarici güclərdən kömək istəmədiklərini vurğulayıb. O, Zelenskiyə “Dünya palyaçolardan yorulub. Pullu əsgərlərlə dolu ordunuzdan fərqli olaraq, iranlılar özlərini qorumağı bacarır” deyə müraciət edib. Erakçi həmçinin, Ukrayna rəsmilərinin ABŞ və Avropadan gələn maliyyə yardımları ilə zənginləşdiyini və BM-nin prinsiplərini pozaraq ABŞ-nin İrana qanunsuz müdaxiləsini istədiklərini bildirib. Zelenski isə Davos Dünya İqtisadi Forumunda İrandakı etirazlar barədə danışaraq, İran xalqına kifayət qədər yardım edilmədiyini və Avropanın geri çəkildiyini qeyd etmişdi.