Braziliyalı ulduz futbolçu Duqlas Luiz Avropanın və Cənubi Amerikanın tanınmış klublarının hədəfinə düşüb.
Postxronika.az xəbər verir ki, "Yuventus"a məxsus olan və hazırda icarə əsasında "Nottinqem Forest"də çıxış edən yarımmüdafiəçi ilə "Çelsi", "Aston Villa", "Ayaks" və "Vasko da Qama" yaxından maraqlanır. Jurnalist Nikolo Şiranın məlumatına görə, Turin təmsilçisi 27 yaşlı futbolçunun daimi transferi və ya satınalma öhdəliyi ilə icarəsi üçün 28,5 milyon avro tələb edir. Bu mövsüm İngiltərə Premyer Liqasında səkkiz matçda meydana çıxan oyunçu özünü göstərməyə çalışıb. O, həmçinin Avropa Liqasında iştirak etdiyi dörd qarşılaşmada bir məhsuldar ötürmə ilə yadda qalıb.