"Beşiktaş"ın aparıcı simalarından olan Vilfred Ndidi karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Postxronika.az xəbər verir ki, məşhur insayder Fabrizio Romano "Mançester Yunayted"in 29 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlandığını açıqlayıb. Artıq "Qırmızı şeytanlar"ın nigeriyalı futbolçuya mümkün keçidlə bağlı rəsmi təklif göndərdiyi bildirilir. Cari mövsüm İstanbul təmsilçisinin forması ilə 16 qarşılaşmada iştirak edən oyunçu 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı təcrübəli orta xətt oyunçusunun bazar dəyərini 10 milyon avro civarında qiymətləndirir.