"Bavariya" və Almaniya millisinin kapitanı Coşua Kimmix ABŞ-dəki siyasi vəziyyət fonunda 2026-cı il dünya çempionatının boykot edilməsi ehtimalını dəyərləndirib.
Postxronika.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi siyasi müzakirələrə qatılmaq istəmədiyini və bunun futbolçular üçün əks nəticə verdiyini bəyan edib. O, oyunçuların öz fikirlərini ifadə edərkən daha ehtiyatlı davranmalı olduqlarını vurğulayıb. Kimmix hesab edir ki, bu cür həssas məsələləri şərh etmək üçün federasiyada daha məlumatlı mütəxəssislər fəaliyyət göstərir.